Bazarlarda mövsümü meyvə-tərəvəz bolluğu müşahidə olunsa da, qiymətlər ucuzlaşmır. Bəzi meyvələrin qiymətndə əvvəlki illərlə müqayisə artım var.Bəs bazarda qiymətlər necədir?
Sfera.az xəbər verir ki, bazarda qiymətlər məhsulların növünə uyğun olaraq dəyişir. Xiyar 1, pomidor 2-3, badımcan və bibər isə 3 manatdır.Gilas 8-10, alça isə növündən asılı olaraq 5-10 manat arası dəyişir.
Satıcılar bahalaşmanın səbəbini yağışlı hava ilə əlaqələndirirlər.
Bəs məhsulun ucuzlaşması gözlənilir?
Mütəxəssislərin sözlərinə görə, havalar isinəndən sonra meyvə-tərəvəzlərin qiymətində enmə müşahidə olunacaq.