"Rusiya və Çin arasındakı münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib. Bu münasibət beynəlxalq münasibətlərdə əsas sabitləşdirici amil rolunu oynayır".


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.


 


Nazir qeyd edib ki, "Rusiya-Çin münasibətləri heç bir tərəfin suverenliyinə məhdudiyyət qoymur, ideoloji sərhədlərlə məhdudlaşmır, üçüncü ölkələrə qarşı yönəlmir və xarici amillərin təsirinə davamlıdır".


 


Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 19-20 may tarixlərində Çinə səfər edib . Danışıqlardan sonra Putin və Çin Prezidenti Si Cinpin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı birgə bəyanat imzalayıblar. Prezidentin mətbuat katibi Dmitri Peskov səfəri "gərgin və yüksək məhsuldar" adlandırıb.


 


İnci