İsrail rəsmiləri Vaşinqtondan İsrail Müdafiə Qüvvələrinin (İMQ) Livanın paytaxtı Beyrutdakı əməliyyatlarının genişləndirilməsini təsdiqləməsini istəyirlər.


 


Sfera.az bu barədə "The Jerusalem Post"ə istinadən xəbər verir. Bazar günü "The Jerusalem Post" qəzetinə iki mənbə bildirib ki, İsrailin yüksək vəzifəli rəsmiləri ABŞ-nin yüksək vəzifəli rəsmilərinə müraciət edərək İsrail Müdafiə Qüvvələrinin Beyrutdakı hücumlarını genişləndirməsinə icazə vermələrini istəyiblər. Mənbələrə görə, İsrail rəsmiləri həm Vaşinqtonla Tehran, həm də İsrail ilə Livan arasındakı danışıqlarda irəliləyişin olmaması nəzərə alınmaqla, ABŞ-nin cavabının müsbət olacağına ümid edirlər.


 


İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü İsrail Müdafiə Qüvvələrinin Livandakı əməliyyatlarını gücləndirəcəyini bildirib. O, hərbi kampaniyanın daha uzun müddət davam edəcəyini, lakin İsrailin şimalda təhlükəsizliyi bərpa edəcəyini bildirib.


 


Firuzə Əliyeva


Sfera.az