Şimali Atlantika Alyansında (NATO) bəzi üzv ölkələrin müdafiə xərclərini azaltmaq qərarı verə biləcəyi ilə bağlı narahatlıq var. Bu səbəbdən alyans rəsmiləri ABŞ Prezidenti Donald Trampın mümkün narazılığından ehtiyat edirlər.
Sfera.az bildirir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.
Qərb rəsmilərinin nəşrə verdiyi məlumata görə, Çexiya NATO-da müdafiə xərclərinin ÜDM-in 2 faizindən aşağı düşə biləcəyindən narahatlıq doğuran ölkələrdən biridir.
“Çexiya NATO-nun müdafiə xərclərinin ÜDM-in 2 faizindən aşağı enə biləcəyindən ehtiyat etdiyi bir sıra ölkələrdən biridir. Bu, NATO rəsmiləri üçün ciddi problemdir. Onlar sammit ərəfəsində Trampın qəzəbindən yayınmağa çalışırlar. ABŞ prezidenti artıq İrana qarşı siyasətində ona kifayət qədər dəstək göstərməyən bir çox müttəfiqdən narazıdır”, – deyə mənbələr bildiriblər.
Məlumata görə, NATO-da digər ölkələrin də Çexiyanın nümunəsini izləyərək müdafiə xərclərini azaltmasından narahatlıq duyulur.
Xatırladaq ki, bundan əvvəl Çexiyanın Baş naziri Andrey Babiş bildirib ki, Praqa bu il NATO-nun müəyyən etdiyi müdafiə xərclərinin ÜDM-in 2 faizi səviyyəsində olması hədəfinə böyük ehtimalla nail ola bilməyəcək.
İnci