Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.


Bildirilib ki, telefon danışığı zamanı V.Putin və N.Paşinyan mayın 29-da Qazaxıstanın Astana şəhərində keçirilən Avrasiya İqtisadi Şurasının iclasının nəticələrini müzakirə edib. pizza mizza


Eyni zamanda, V.Putin N.Paşinyanı doğum günü münasibətilə təbrik edib.


Qeyd edək ki, mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclasında Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan prezidentləri Ermənistanın Aİİ-dəki vəziyyəti ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda Ermənistan hakimiyyətinə Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim məsələsi üzrə mümkün qədər tez referendum keçirmək çağırışı edilib.



Telegram kanalımız