Azərbaycanda 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb.


"Yeni Sabah" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi 2020-ci ildən bu günədək 884 uşağın sosial xidmət müəssisələrindən ailələrinə reinteqrasiyasını təmin edib.


Nazirlikdən verilən məlumata görə, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələr üçün sosial dəstək tədbirlərini əhatə edən ailə inkişaf planları hazırlanır. Həmin planlar əsasında ailələrin müxtəlif istiqamətlər üzrə gücləndirilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə müvafiq dəstək göstərilir. Pepperoni pizza


Bildirilib ki, uşaqlar ailələrinə qaytarıldıqdan sonra onların ailədəki vəziyyətinin qiymətləndirilməsi və hüquqlarının qorunması məqsədilə mütəmadi monitorinqlər aparılır.


Qeyd olunub ki, Agentlik tərəfindən uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də sosial-psixoloji dəstək və maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində ötən dövrdə 964 uşağın ailələri tərəfindən sosial xidmət müəssisələrinə verilməsinin qarşısı alınıb.


Aytac Əliyeva



Telegram kanalımız