Avropa Birliyinin statistika idarəsinin məlumatına görə, avrozonada işsizlik səviyyəsi aprel ayında 6,3% səviyyəsində qalıb (mart ayı ilə eyni səviyyədə qalıb).


 


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyində işsizlik səviyyəsi də dəyişməz olaraq 6% olaraq qalıb. "Eurostat" aprel ayında Birliyin 27 ölkəsində təxminən 13,238 milyon işsizin qeydiyyata alındığını, bunun 11,075 milyonunun avrozonada olduğunu bildirib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə Aİ-də işsizlərin sayı 137 min, avrozonada isə 84 min azalıb.


 


Ən yüksək işsizlik səviyyəsi Finlandiyada (10,6%), İspaniyada (10,3%) və Yunanıstanda (9,5%), ən aşağı isə Bolqarıstanda (2,8%), Polşada (3,0%) və Çexiyada (3,1%) qeydə alınıb.


 


Firuzə Əliyeva


Sfera.az