ABŞ Prezidenti Donald Tramp “NBC News”a verdiyi açıqlamada İrandan danışıqların dayandırılması ilə bağlı heç bir məlumat almadığını deyib.


 


Sfera.az xəbər verir ki, Tramp bunu normal addım hesab etdiyini açıqlayıb:


 


“Düşünürəm ki, çox danışmışıq. Əgər sakitlikdirsə, deməli bu, çox yaxşıdır”, – Tramp bildirib.


 


Lakin o, təmasların dayandırılmasının hərbi ssenariyə qayıtmaq demək olmadığını vurğulayıb:


 


“Bu, bomba atmağa başlayacağımız anlamına gəlmir. Biz blokadanı davam etdirəcəyik. Çünki blokada polad divar hörmək deməkdir.”


 


İranın mövqeyini dəyişib-dəyişməyəcəyi ilə bağlı suala isə ABŞ lideri belə cavab verib.


 


“Düşünürəm ki, nə qədər lazımdırsa, o qədər də gözləyə bilərəm. Onlar çoxlu pul itirirlər”, – Tramp vurğulayıb./ globalinfo.az