Bakının Binəqədi rayonunda qətl baş verib.


 


Sfera.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə mayın 31-də 28 May qəsəbəsində qeydə alınıb.


 


30 yaşlı Taleh Qurbanov qəsəbədə yerləşən evdə bacısının əri, Yevlax sakini 37 yaşlı Qəlbinur Məmmədovu bıçaqla qətlə yetirib.


 


Taleh Qurbanov saxlanılıb.