Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanın həm Avrasiya İqtisadi İttifaqında qalmaq, həm də Avropa İttifaqına inteqrasiya kursunu eyni vaxtda davam etdirmək cəhdlərini tənqid edib.


 


Sfera.az Modern.az-a istinadən xəbər verir ki, Medvedev bu barədə paylaşımında yazıb.


 


O bildirib ki, Paşinyanın Ermənistanın hansı inteqrasiya birliyində yer almalı olduğu ilə bağlı referendum məsələsinə yanaşması ona Lev Trotskini xatırladır.


 


“Yoldaş Nikol, yoldaş Lev Trotskinin təhlükəli cığırı ilə gedib. Ermənistanın Aİİ-də, yoxsa Avropa İttifaqında qalması ilə bağlı referendum çağırışlarına cavab olaraq Trotskinin məşhur formulasını tətbiq edib: “Nə müharibə, nə sülh, ordunu isə buraxmaq”. Yəni referendum keçirməyəcəyik, bizi Aİ-yə çağırana qədər gözləyəcəyik, sonra isə Avropaya qaçacağıq”, – deyə Medvedev bildirib.


 


Rusiya rəsmisi əlavə edib ki, Ermənistan bu müddətdə Aİİ üzvlüyünün verdiyi üstünlüklərdən istifadə etməyə davam edir.


 


Medvedev, həmçinin Trotskinin siyasi yolunun faciəvi sonluqla bitdiyini xatırladaraq, Paşinyanın siyasətinə eyham vurub.