Almaniyanın beynəlxalq inkişaf naziri Rima Alabali-Radovan və onun norveçli həmkarı Osmund Aukrust bu gün Livanın paytaxtı Beyruta planlaşdırılan səfərlərini təxirə salıblar.


"Yeni Sabah" xəbər verir ki, bu barədə hər iki ölkənin nazirliklərinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, İsrailin şəhərə davam edən hücumları səbəbindən Beyrut səfəri qeyri-müəyyən tarixə kimi təxirə salınıb. Dominos pizza


Qeyd edək ki, daha öncə İsrail Baş naziri Benyamin Netanyahu Beyrut və Dahiya bölgəsinə zərbələr endiriləcəyini bəyan edib./Axar.az



Telegram kanalımız