Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini işdən çıxarılıb.
Sfera.az bildirir ki, Pediatriya İnstitutunun müalicə işləri üzrə direktorun müavini Nüşabə Pənahova bir müddət əvvəl vəzifəsindən azad olunub.
Pediatriya İnstitutundan bildirilib ki, Nüşabə Pənahova hazırda xəstəxanada həkim-pediatr kimi fəaliyyətini davam etdirir.
Qeyd edək ki, səhiyyə naziri Teymur Musayevin 13 dekabr 2023-cü tarixli əmri ilə Nüşabə Pənahova direktor müavini təyin olunmuşdu./qaynarinfo