Zərdab Peşə Liseyinin sabiq direktoru, keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib.


“Yeni Sabah” Modern.az-a istinadla xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.


Ə.Əliyev 1991-ci ilədək rayon partiya komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbənin müdiri vəzifələrində çalışıb. pizza mizza


O, iki dəfə Zərdab rayonundan deputat seçilib. Sabiq deputat 2016-cı ilədək Zərdab Peşə Liseyinin direktoru vəzifəsində çalışıb.



Telegram kanalımız