Sumqayıt şəhərində marşrut avtobusunda ölüm hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, dünən saat 11 radələrində Hacı Zeynalabdin qəsəbəsində “İsuzu” markalı 10 “V” saylı xətt avtobusunda Abşeron rayon sakini 1951-ci il təvəllüdlü Əlişir Əşir oğlu Əliyevin halı qəfil pisləşib. O, oradaca vəfat edib.


 


Sərnişinin infarktdan öldüyü bildirilib.


 


Faktla bağlı araşdırma aparılır.