İran hələ də ABŞ-nin iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün təklif etdiyi yekun razılaşmanı cavablandırmayıb.
"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bunu danışıqlar qrupuna yaxın mənbə bildirib.
Onun sözlərinə görə, Tehranda yekun mətnlə bağlı müzakirələr davam edir. Mənbə qeyd edib ki, İran keçmiş razılaşmaların təcrübəsini və ABŞ-nin öhdəliklərini yerinə yetirəcəyinə inamsızlığını nəzərə alaraq təklifə çox ehtiyatla yanaşır. Dördpendirli pizza
Mənbə bildirib: "Əvvəlki təcrübəyə əsaslanaraq İran real nəticələr istəyir".
O əlavə edib ki, tərəflər fərqli risk qiymətləndirmələrinə malikdirlər: ABŞ münaqişənin eskalasiyasından qorxur, İran isə mümkün razılaşmanın etibarlılığından narahatdır.
Mənbə vurğulayıb ki, Tehranın mövqeyi konkret və təsdiqlənə bilən addımlar prinsipinə əsaslanır, çünki ölkə əvvəllər razılaşma pozuntuları ilə üzləşib.
Telegram kanalımız