Qaradağ rayonu Lökbatan qəsəbəsinə suyun verilməsində iyunun 2-dən 4-ü günorta saatlarına qədər fasilə yaranacaq.


 


Sfera.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.


 


Buna səbəb isə yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləridir.