İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei vida mərasimindən sonra Məşhəd şəhərində dəfn olunacaq.
"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini Məhəmmədəmin Təvəkkolizadə bildirib.
Onun sözlərinə görə, iyunun ortalarında İranın sabiq Ali Rəhbəri ilə vida mərasimi üçün 3 günlük proqram hazırlanır. pizza hut
Təvəkkolizadə bildirib ki, vida mərasiminin bir gün davam edəcək, sonra Xameneinin nəşi Qum şəhərinə, oradan da Məşhədə aparılacaq.
Sədr müavini Tehranda vida mərasimində 15-20 milyon insanın iştirak edəcəyinin gözlənildiyini vurğulayıb.
İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.
Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
Telegram kanalımız