Kürdəmir rayonunda 15 yaşlı oğlan vəfat edib.


 


Sfera.az xəbər verir ki, hadisə iyunun 1-i saat 15 radələrində Kürdəmir şəhərində baş verib.


 


2011-ci il təvəllüdlü şəhər sakini Osman Səbuhi oğlu Allahverdiyevin meyitini yaxınları evin həyətindəki yardımçı təsərrüfatda aşkar ediblər.


 


Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.