Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuranə Babayeva vəzifəsindən ayrılıb.
Sfera.az bildirir ki, o, bu barədə öz feysbuk hesabında məlumat verib.
Nuranə Babayeva bildirib ki, 2 ilə yaxın müddətdə Kəlbəcərdə həyata keçirilən tarixi ilk böyük qayıdışın, ilk Şəhər Gününün, ilk festivalın və bir çox digər əlamətdar tədbirlərin təşkili və ictimaiyyətə çatdırılması prosesində yer almaq onun üçün böyük şərəf olub:
“Bu müddət ərzində Kəlbəcərin inkişafı və tanıdılması istiqamətində faydalı işlər görməyə çalışdım. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının ictimaiyyətə çatdırılmasında kiçik də olsa payımın olmasından qürur duyuram.
Bu şərəfli missiya zamanı Kəlbəcər sakinlərinin dəstəyini və sevgisini daim hiss etdim. Məhz onların dəstəyi sayəsində nə çətin relyef, nə də məhdud şərait gördüyümüz işlərə mane ola bildi. Kəlbəcər ictimaiyyətinin göstərdiyi etimad, dəstək və səmimi münasibət fəaliyyətim boyunca mənə əlavə motivasiya oldu”./musavat