Biləsuvar rayonunda ağır yol qəzası baş verib.


 


Sfera.az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.


 


İlkin məlumata görə, qəza zamanı iki kiçik tutumlu yük avtomobili toqquşub.


 


Hadisə nəticəsində Masallı rayonu Ərkivan qəsəbə sakini, 1966-ci il təvəllüdlü Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.


 


Faktla bağlı araşdırma aparılır.