NATO-nun baş katibi Mark Rutte Kiyevə gedib..


 


Sfera.az xəbər verir ki,  bu barədə Ukrayna Dəmir Yolu Agentliyinin açıqlamasında bildirilib. 


 


"Bu gün NATO-nun baş katibi Mark Rutteni Kiyev stansiyasında qarşılamaqdan məmnunuq. Bu səfər, əvvəlki bütün səfərlər kimi, həmrəylik və dəstək jesti olduğu üçün son dərəcə vacibdir", - məlumatda qeyd olunub.


 


Rutte əvvəllər ittifaq üzvlərini müdafiə sənayesinə investisiyaları artırmağa çağırmışdı. O, bunun Avropa regionunda yeni təhlükəsizlik təhdidləri nəzərə alınmaqla zəruri olduğunu söyləyib.


 


İnci


Sfera.az