Sabirabad piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az  xəbər verir ki, hadisə 17:00 radələrində rayonun Şıxsalahlı kəndi ərazisindən keçən magistral avtomobil yolunda baş verib.


 


Belə ki, “VAZ-2107” markalı avtomobil 2016-ci il təvəllüdlü Məmmədli Hüseyn Sarvan oğlunu vurub.


 


Nəticədə ağır xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


 


Faktla bağlı araşdırma aparılır./trend