İspaniyada anomal isti hava şəraiti nəticəsində həyatını itirənlərin sayı 101 nəfərə çatıb.


"Yeni Sabah" xəbər verir ki, "El Mundo" qəzetinin məlumatına görə, may ayında yüksək temperatur səbəbindən ölənlərin əksəriyyəti ölkənin şimal bölgələrində qeydə alınıb.


Nəşr bildirir ki, may ayında istidən ölənlərin sayı ölkə tarixində rekord həddə çatıb. pizza mizza


Məlumata əsasən, mayın son həftəsində İspaniyanın bir sıra bölgələrində temperatur normadan 10-15 dərəcə yüksək olub./APA



Telegram kanalımız