Belarus Prezidenti Aleksandr Lukaşenko Şimali Koreya lideri Kim Çen In haqqında diqqətçəkən açıqlamalar verib.


 


Sfera.az "Daily Star"a istinadən bildirir ki, Rusiyanın Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako ilə görüş zamanı danışan Lukaşenko Kim Çen Inı “ağıllı, gənc və perspektivli lider” adlandırıb. O bildirib ki, Şimali Koreya rəhbəri ilə əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır.


 


Belarus lideri mart ayında Pxenyana səfəri zamanı Kim Çen Inın onda güclü təəssürat yaratdığını deyib. O, Şimali Koreyanın insan haqları ilə bağlı tənqidlərini də nəzərə almadan belə söyləyib:


 


“O, heç də diktator deyil. Əslində, onu diktator adlandırmaq olmaz”.


 


Lukaşenko əlavə edib ki, tərəflər arasında yaxşı münasibətlər formalaşıb.


 


Məlumata görə, Belarus hazırda beynəlxalq sanksiyaları aşmaq məqsədilə Rusiya vasitəsilə Şimali Koreya ilə iqtisadi əlaqələri genişləndirməyə çalışır. Bu məqsədlə Primorsk vilayətinin vasitəçi rolundan istifadə olunması nəzərdən keçirilir.


 


Qeyd edək ki, bu il baş tutan görüş zamanı Lukaşenko və Kim Çen In əməkdaşlığın genişləndirilməsinə dair razılaşma əldə ediblər. Tərəflər arasında ticarət və iqtisadi əlaqələrin inkişafı da müzakirə olunan əsas məsələlərdən biri olub.


 


İnci


Sfera.az