Salyan rayonunda istixanaların birində bədbəxt hadisə baş verib.


 


Sfera.az xəbər verir ki, iyunun 3-ü saat 13 radələrində Qəbələ rayon sakini 1975-ci il təvəllüdlü Şahnəzər Şahverən oğlu Hafizovu işlədiyi Qaraçala qəsəbəsinin ərazisindəki istixanada elektrik cərəyanı vurub.


 


Xəstəxanaya yerləşdirilmiş Ş.Hafizovun vəziyyəti ağırdır.


 


Araşdırmalar aparılır.