Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa və Ukrayna arasında yaranan gərginliklə bağlı açıqlama verib.


 


Sfera.az bildirir ki, Rusiya XİN rəsmisi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2026) keçirilən brifinq zamanı Polşa və Ukrayna arasında Ukraynadakı bəzi hərbi bölmələrin adlandırılması ətrafında yaranan mübahisəni şərh edib.


 


Zaxarova bildirib ki, iki ölkə arasındakı münasibətlərdə yaranan gərginlik “tarixi məsələlərlə bağlı ziddiyyətlərin nəticəsidir”. O, Polşanın Ukraynada bəzi millətçi qrupların fəaliyyətinə dair tənqidlərini də qeyd edib.


 


Qeyd edilir ki, Polşa tərəfi Ukrayna rəhbərliyinin bəzi addımlarından narazılıq ifadə edib və bu, iki ölkə arasında siyasi müzakirələrə səbəb olub.


 


Eyni zamanda Polşa prezidenti Karol Navrotski Ukrayna Prezidenti Vladimir Zelenskiyə verilmiş ən yüksək dövlət mükafatlarından birinin geri alınmasını təklif edib.


 


Məlumata görə, Volın hadisələri və İkinci Dünya müharibəsi dövründə baş verən hadisələrin qiymətləndirilməsi Polşa-Ukrayna münasibətlərində uzun illərdir həssas mövzulardan biri olaraq qalır.


 


İnci