ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Direktorlar Şurası bir sıra yeni strateji investisiyaları, o cümlədən Ermənistan və ABŞ arasında ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional əlaqəni dəstəkləməyi hədəfləyən birgə təşəbbüs olan "TRIPP Development Company"-nin yaradılmasını dətəkləyib.
"Yeni Sabah" xəbər verir ki, layihə çərçivəsində dəmir yollarının, avtomobil yollarının, boru kəmərlərinin, fiber-optik şəbəkələrin və digər vacib infrastrukturun inkişafı da daxil olmaqla əsas infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Direktorlar Şurası "TRIPP Development Company"-nin yaradılması da daxil olmaqla, infrastruktur, enerji və təchizat zənciri təhlükəsizliyi üçün 2,5 milyard dollar məbləğində yeni strateji investisiya paketini təsdiqlənib. pizza sifarişi
Xatırlatma: Ermənistan və ABŞ iyunun 4-də TRIPP çərçivə sazişini məsafədən imzalayıblar. Sazişə Ermənistan tərəfindən xarici işlər naziri Ararat Mirzoyan, Amerika tərəfindən isə dövlət katibi Marko Rubio dərkənar qoyub.
Telegram kanalımız