Rusiya tərəfi ikitərəfli münasibətlərin inkişafını seçki prosesləri ilə əlaqələndirmir.


"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.


Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətləri strateji xarakter daşıyır və siyasi şəraitdən və ya seçki kampaniyalarından asılı olmamalıdır: pizza hut


"Moskva heç vaxt Ermənistana və ya başqa bir ölkəyə qarşı siyasətini seçki dövrlərinə əsaslandırmayıb".


Diplomatın sözlərinə görə, Moskva Rusiyanın strateji maraqlarına və müttəfiq münasibətlərinə təsir edən məsələlərdə mövqeyini açıq şəkildə ifadə etməyi təbii hesab edir:


"Moskva Ermənistanın xarici siyasət prioritetləri və mövcud beynəlxalq təşkilatlar çərçivəsində öhdəlikləri ilə bağlı bütün məsələlərin açıq və əsaslı dialoq yolu ilə aydınlaşdırılacağını gözləyir".



Telegram kanalımız