Göyərtəsində ölümcül hantavirusun yayıldığı "MV Hondius" kruiz layneri tezliklə öz fəaliyyətini bərpa edəcək.


 


Sfera.az xəbər verir ki, "Oceanwide Expeditions" şirkəti səfərlərə iyunun 13-dən etibarən başlamağı nəzərdə tutur.


 


İlk ekspedisiya Şpitsbergenin Lonqyirbyen şəhərindən başlayaraq Nordeleyke Eyszee arxipelaqından keçəcək.


 


Gəmi Rotterdam limanına çatdıqdan sonra əsaslı şəkildə dezinfeksiya olunub.