Rusiyanın ABŞ ilə Ukrayna münaqişəsinin nizamlanmasına dair apardığı danışıqlarda mühüm irəliləyiş var.
Sfera.az bildirir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.
Onun sözlərinə görə, bəzi qüvvələrin bu dialoqu pozmağa çalışmasına baxmayaraq, danışıqlarda əhəmiyyətli nəticələr əldə olunur.
“Əhəmiyyətli irəliləyiş var. Bu uğurları kiçiltməyə çalışanlar müharibənin davam etməsini istəyən şəxslərdir. Onlar Rusiya-Amerika dialoqunu pozmağa cəhd göstərirlər”, – deyə Dmitriyev vurğulayıb.
O xatırladıb ki, iyunun 3-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və ABŞ liderinin kürəkəni Jared Kushner ilə telefon danışığı aparıb.
Dmitriyevin sözlərinə görə, ABŞ tərəfi Ukrayna rəhbərliyinə mütəmadi olaraq sülh yolunu seçməyin vacibliyini çatdırır.
Onun fikrincə, Moskva ilə Vaşinqton arasında dialoqun davam etdirilməsi Ukrayna münaqişəsinin həlli istiqamətində mühüm rol oynaya bilər.
İnci
Sfera.az