“Rusiya dronların istifadəsində üstünlük qazanıb və iddialara görə, bundan 2028-ci ilin sonuna qədər Baltikyanı ölkələrə qarşı istifadə edə bilər”.
Sfera.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Latviya Silahlı Qüvvələrinin komandanı general-mayor Kaspars Pudansa istinadən məlumat yayıb.
O bildirib ki, Moskva dronları tez bir zamanda hərbi şəraitə uyğunlaşdıra bilər:
“Rusiya bu dronlardan çoxlu miqdarda istehsal edə bilər. Kremlin Avropada yenidən silahlanmanın yavaş tempindən yararlanması mümkündür. Çünki əksər ordu modernləşdirmə proqramlarının 2029-cu ilə qədər qüvvəyə minməsi gözlənilmir.
Moskva ABŞ prezidenti Donald Trampın hakimiyyətdə olduğu və Avropa ölkələri hələ müdafiələrini gücləndirmədiyi bir vaxtda NATO ərazisinə hücum etməyə cəhd edə bilər”.
Pundans qeyd edib ki, hücum olduğu təqdirdə Rusiya Ukrayna münaqişəsindəki taktika və texnologiyalardan istifadə edəcək:
“Rusiyanın hazırda Avropaya qarşı genişmiqyaslı hücum üçün gücü çatmır. Lakin Ukrayna münaqişəsi bitərsə, Moskva ciddi təhlükəyə çevrilə bilər”./globalinfo.az