İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin Livan ərazisində genişmiqyaslı quru əməliyyatı keçirməklə bağlı təklifini qəbul etməyib.
Sfera.az xəbər verir ki, bu barədə İsrailin “Qaley Tsaxal” radiostansiyası məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik məsələlərinə həsr olunmuş qapalı müşavirədə hərbi rəhbərlik baş nazirə Livanda genişmiqyaslı quru əməliyyatı planını təqdim edib.
Təklif müdafiə naziri İsrael Katz və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən dəstəklənsə də, Netanyahu plana ehtiyatla yanaşıb.
Radiostansiyanın məlumatına əsasən, baş nazirin bu mövqeyi ABŞ Prezidenti Donald Trampın yanaşması ilə də əlaqəli ola bilər.
Belə ki, Tramp bu həftənin əvvəlində Beyrutda “Hizbullah” hərəkatının obyektlərinə planlaşdırılan zərbələrin və İsrailin Livandakı hərbi əməliyyatlarının daha da genişlənməsinin qarşısını almaq üçün prosesə müdaxilə etmişdi.
Müşahidəçilər hesab edirlər ki, məhz bu amil İsrail rəhbərliyinin Livan istiqamətində atacağı növbəti addımlara daha ehtiyatla yanaşmasına səbəb olub./konkret