İran təhlükəsizlik məmurları tanınmış rejissor və ictimai fəal Səmira Novruz Nasirini həbs ediblər.


 


Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.


 


Məlumata görə, iyunun 1-də məmurlar rejissorun evinə hücum edib, axtarış aparıb, ona məxsus mobil telefon və komputeri müsadirə ediblər.


 


Səmira Novruz Nasirinin həbs səbəbi və hara aparıldığı barədə məlumat verilməyib.