Rusiya Prezidenti Vladimir Putin Ukraynada nasistlərin hərbi ehtiramla yenidən dəfn olunması ilə bağlı fikirlərini bölüşüb.


 


Sfera.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.


 


Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə çıxış edən Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin babasının Böyük Vətən müharibəsi illərində Qırmızı Ordunun sıralarında nasizmə qarşı döyüşdüyünü xatırladıb.


 


“Nasizmlə vuruşmuş babası bunu görsəydi, yəqin ki, qəbirdə çevrilərdi”, - deyə Rusiya lideri bildirib.


 


Putin bu fikirləri Ukraynada bəzi şəxslərin hərbi ehtiramla yenidən dəfn edilməsi məsələsini şərh edərkən səsləndirib.


 


Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov da Kiyevin nasistləri tərifləməsinin Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədlərinin doğruluğunu bir daha göstərdiyini bildirmişdi./teleqraf