"Bakubus” MMC-yə məxsus 149 nömrəli marşrut avtobusunda sürücü ilə sərnişin arasında mübahisə baş verib.
Sfera.az xəbər verir ki, insident sürücünün avtobusdakı sıxlığı nəzərə alaraq sərnişinlərdən salonun arxa hissəsinə keçmələrini tələb etməsindən sonra yaranıb.
Mübahisə zamanı tərəflər arasında söz atışması olub. Həm sürücü, həm də sərnişin bir-birinə qarşı etik çərçivədən kənar ifadələr işlədiblər.\azxeber.com
Həmin görüntüləri təqdim edirik: