Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu yük gəmilərinə pilotsuz uçuş aparatları ilə hücumun görüntüləri yayılıb.
“Yeni Sabah” xəbər verir ki, kadrlarda gəmilərdən birinin vurulma anı və sonrakı partlayış əks olunub.
Xatırladaq ki, iyunun 5-nə keçən gecə Türkiyədən Rostov-Dona hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri PUA hücumuna məruz qalıb. Hər iki gəmidə ümumilikdə 25 Azərbaycan vətəndaşı çalışıb. Pepperoni pizza
Hadisə nəticəsində 5 azərbaycanlı dənizçi həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, sağ qalan ekipaj üzvləri ərazidən keçən gəmilər tərəfindən xilas edilərək təhlükəsiz yerə çatdırılıblar.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız