Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib.


"İlkin məlumatlara görə, iyunun 5-i səhər saatlarında Oktyabrsk rayonunda Ob çayında 8 sərnişini olan kiçik gəmi aşıb. Hazırda həlak olanların və xəsarət alanların sayı müəyyənləşdirilir", – məlumatda qeyd olunub. Pepperoni pizza


Su nəqliyyatı vasitələrinin hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb, müstəntiqlər hadisənin təfərrüatlarını araşdırırlar./Report



Telegram kanalımız