Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında Ukrayna Prezidenti Volodimir Zelenskinin məktubuna cavab olaraq bildirib ki, o, təklif olunan görüşü mənasız hesab edir.
Sfera.az xəbər verir ki, Rusiya lideri plenar iclasın moderatorunun "Zelenski ilə görüşə hazırsınızmı" sualına belə cavab verib: "Mən məlum məktubun müəllifinə deyil, Rusiya hərbçilərinə müraciə edirəm. Bütün ölkə sizinlə fəxr edir və sizə güvənir. Çalışmağa davam edin, qardaşlar!"
Putin həmçinin ABŞ Prezidenti Donald Trampın Vaşinqtona səfəri zamanı Volodimir Zelenskini necə "təlimləndirməsindən" danışıb: "Hamımız Donaldın bütün dünyanın qarşısında bu məktubun müəllifini (Volodimir Zelenski - red) necə cəzalandırması və geyim qaydalarını öyrətməsini gördük"./teleqraf