ABŞ prezidenti Donald Tramp xüsusilə Yaxın Şərq siyasəti və İranla gərginlik fonunda ABŞ və dünya gündəmində qalır. 


 


Sfera.az xəbər verir ki, “The New York Times” qəzeti Trampı ön səhifəsində “oğru komandir” kimi təsvir edib.


 


Qəzetin təhlilinə görə, İsraillə birgə İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı ABŞ regiona on minlərlə əsgər göndərib. Bu addımlar həm ABŞ daxilində, həm də qlobal iqtisadiyyatda enerji qiymətlərinin artmasına və inflyasiya təzyiqlərinə səbəb olub.


 


Amerika ictimaiyyəti Trampın siyasətinə etiraz edir və onun İranla bağlı addımlarını tənqid edir, müxtəlif nümayişlər keçirir.


 


“The New York Times” məqaləsində Trampın birləşdirici lider rolunu yerinə yetirmədiyi vurğulanır. Qəzet yazır ki, Tramp öz Ədliyyə Nazirliyi vasitəsilə 1,776 milyard dollarlıq siyasi fond yaratmaqla vergi ödəyicilərinin pullarını şəxsi və siyasi maraqları üçün xərcləməyə çalışıb.


 


Təhlildə həmçinin bildirilir ki, Trampın dürüstlüyü olsaydı bu vəsaiti 6 yanvar 2021-ci il hadisələrinə cəlb olunmuş şəxslərə deyil Ukrayna ordusuna yönəldərdi. Məqalədə Trampın ABŞ Xəzinədarlığını ailəsi və siyasi müttəfiqlərinin xeyrinə açıq talan etdiyi iddia olunur.


 


Qəzet Trampın həm ölkədə, həm də beynəlxalq siyasətdə təhlükəli və öz maraqlarını ön plana çıxaran bir lider kimi hərəkət etdiyini vurğulayır.


 


Mənsumə




Sfera.az