Son həftələrdə norveçlilərin diqqəti Mette-Maritin səhhətinə yönəlib. 


 


Sfera.az bildirir ki, Norveç Kraliçası Mette-Marit dünən xəstəxanaya yerləşdirilib. Onu xəstəxanaya həyat yoldaşı və qızı gətirib.




Daha əvvəl Şahzadə Haakon həyat yoldaşının ağır xəstə olduğunu açıqlamışdı və kral ailəsi Kraliçaya 2018-ci ildə ağciyər fibrozu diaqnozu qoyulduğunu etiraf etmişdi.


 


Mette-Marit 2018-ci ildən bəri ağciyər fibrozu ilə yaşayır. Son aylarda Norveç kral ailəsi xəstəliklə əlaqəli ağırlaşmalar barədə getdikcə daha çox məlumat verir. Mart ayında saray xəstəliyin gözləniləndən daha sürətli irəlilədiyini açıqlayıb. 


 


Şahzadənin yaxın ailəsinin iki üzvünün - əri və qızının Norveçə gəlişi norveçlilər arasında yenidən narahatlığa səbəb olub. 


 


"Şahzadə ağır xəstədir və düşünürəm ki, son vaxtlar vəziyyəti bir az pisləşib. Ona görə də onun sağlamlığından narahatam. O, gündəlik həyatında oksigendən istifadə edir, bu, bir az kömək edir. Düşünürəm ki, bu altı ay olduqca yaxşı keçdi. Amma fərqli mərhələlər var"- deyə Vəliəhd Şahzadə bildirib.


 


Aynil