Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Zaporojye şəhərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum edib.


 


Sfera.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov "Telegram" kanalında məlumat yayıb.


 


Onun sözlərinə görə, PUA zərbələri nəticəsində çoxmərtəbəli yaşayış binasının yaxınlığındakı avtodayanacaqda yanğın qeydə alınıb.