Türkiyə bayrağı altında üzən balıqçı gəmisi Qara dənizin şimal sahillərində hücuma məruz qalıb və batıb.


"Yeni Sabah" Associated Press-ə istinadla xəbər verir ki, nəticədə bir dənizçi ölüb, 4 nəfər yaralanıb.


Hücuma məruz qalan "Duru 67" gəmisidir. pizza mizza


5 yaralı dənizçini başqa bir trol gəmisi xilas edib, lakin onlardan biri Türkiyəyə gedərkən ölüb.


Tibbi qrupu daşıyan sahil mühafizəsi gəmisi daha sonra hadisə yerinə gəlib. Yaralılar gəmidə təxliyə edilib, daha sonra Türkiyənin İnebolu limanına aparılıb, daha sonra isə Kastamonu şəhərində xəstəxanaya yerləşdiriliblər.



Telegram kanalımız