Ötən ay ABŞ ordusu Hörmüz boğazından 100-dən çox ticarət gəmisinin keçidini kömək edib.
Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən yazıb.
Məlumata görə, ABŞ-İran barışıq danışıqlarının dayandırılması fonunda bu su yolundan keçid gəmilər üçün təhlükəli olaraq qalır.
Daha əvvəl "The New York Times" qəzeti ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) boğazdan 70 gəminin keçməsinə kömək etdiyini bildirmişdi. Onların əksəriyyəti transponderlərini söndürmüşdü.
ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. İran İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alan cavab əməliyyatı elan edib. Bəhreyn, İraq, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazalarına da zərbələr endirilib. Tehran Hörmüz boğazını ABŞ, İsrail və İrana qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəlib.
Firuzə Əliyeva
Sfera.az