Rusiya silahlı qüvvələri Ukraynanın Zaporojye şəhərinə dronlarla hücum edib, iki nəfər ölüb.


 


Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye Xüsusi Əməliyyatlar Komandanlığından bildirilib.


 


Məlumata görə, hücumlar nəticəsində sənaye infrastruktur obyektlərinə ziyan dəyib, obyektlərdən birində iki işçi ölüb.