Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətinə endirdiyi dron zərbələri nəticəsində 6 nəfər ölüb, daha 27 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, zərbələr sosial infrastruktura, o cümlədən 6 çoxmərtəbəli və 9 fərdi yaşayış evinə endirilib.
Eyni zamanda, inzibati binaların, mağazaların, yanacaqdoldurma məntəqəsinin, şəxsi avtomobillərin və digər infrastrukturun zərər gördüyü vurğulanıb.