Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanda keçirilən seçkilərin legitim sayıla bilməyəcəyini bəyan edib.


 


Sfera.az xəbər verir ki, Dmitri Medvedev Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın bütün rəqiblərindən xilas olmağa çalışdığını iddia edib.


 


"Seçki prosesində rəqiblərin bu şəkildə kənarlaşdırılması səsvermənin qeyri-qanuni olduğunu göstərir. Belə şəraitdə keçirilən seçkilərə görə Paşinyanı hətta Vaşinqton və Brüsseldə də heç vaxt bağışlamayacaqlar",- o qeyd edib./Teleqraf