Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.


 


Sfera.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


 


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200 kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


 


Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb.


 


Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.