Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiya arsenallarına, Kronştadtdakı (Leninqrad vilayəti) Hərbi Dəniz Donanması bazasına, eləcə də Krasnodar diyarındakı neft bazasına endirdiyi zərbələr barədə məlumat verib.


 


Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.


 


V.Zelenskinin sözlərinə görə, strateji obyektlərə hücumlar "Rusiya sülh müqaviləsinin bağlanması üzrə danışıqların aparılmasına dair açıq məktuba reaksiya vermədiyi" üçün həyata keçirilib:


 


"Bu müharibəni bitirmək vaxtıdır. Lakin Rusiya Prezidenti Vladimir Putin müharibə istəyir. Buna görə də Ukraynanın addımları bu təcavüzə qarşı işləyir".


 


O qeyd edib ki, münaqişə davam edəcəyi təqdirdə Ukrayna Rusiya obyektlərinə zərbələr endirməyə davam edəcək.


 


Daha əvvəl bildirilirib ki, Ukrayna dronlarının Krasnodar diyarına hücumu nəticəsində Ust-Labinskdəki neft bazasının ərazisində yanğın baş verib. Bundan əlavə, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərin Ukrayna dronlarının kütləvi hücumuna məruz qaldığını bəyan etmişdi.


 


Qeyd edək ki, iyunun 4-də Volodimir Zelenski şəxsi görüş və danışıqlar müddətində atəşkəs elan olunması təklifi ilə Vladimir Putinə açıq məktub yazıb. V.Putin isə öz növbəsində iyunun 5-də bu məktubla tanış olduğunu, lakin Zelenski ilə lakin Zelenski ilə görüşməkdə "hələlik məna görmədiyini" bildirib.