"Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Rəcəb Miriş oğlu Mənsimli və İlyas Coşqun oğlu Osmanov bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər".


"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.


Məlumatda qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan İlyas Coşqun oğlu Osmanov dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub: Pepperoni pizza


"Yaralının vəziyyəti stabildir. Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Rəcəb Miriş oğlu Mənsimlinin həyatını xilas etmək mümkün olmayıb.


Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir.


Faktla bağlı araşdırma aparılır".



Telegram kanalımız