Yamaykada sistem nasazlığı səbəbindən bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsi baş verib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin energetika, telekommunikasiya və nəqliyyat naziri Deril Vas sosial şəbəkə hesabında məlumat verib.


Nazirin paylaşımından qısa müddət sonra elektrik təchizatının mərhələli şəkildə və əvvəlcədən müəyyən edilmiş plana uyğun olaraq bərpası üçün tədbirlər görüldüyü barədə məlumat yayılıb. pizza sifarişi


Yerli enerji qurumu hələ də nasazlığın səbəbi və ya elektrik təchizatının tam bərpasının vaxtı barədə əlavə məlumat verməyib./Oxu.az



Telegram kanalımız